Bakıda traktor yol hərəkəti qaydalarını kobud şəkildə pozdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Bakıda traktor yol hərəkəti qaydalarını kobud şəkildə pozdu – VİDEO

Bakıda traktor yol hərəkəti qaydalarını kobud şəkildə pozdu


Bakıda traktor sürücüsü sərnişini traktorun kürüyücü hissəsində apararaq kobud qayda pozuntusuna yol verib.

Oxu.Az xəbər verir ki, Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında sürücülərdən biri tərəfindən çəkilən görüntü daha sonra “Xəzər Xəbər”ə göndərilib.

Kadrlardan aydın olur ki, sürəti elə də az olmayan traktorun ön hissəsində duran şəxs arabir səkiyə düşüb, sellofanda olan zibilləri traktora atır. Bu şəkildə kommunal işçiləri 1-2 kilometr yollarına davam edirlər.

Görüntünü izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sürücünün kobud qayda pozuntusuna yol verdiyini və bu halın təhlükəli olduğunu deyir. Ekspertin sözlərinə görə, belə səhvə görə həmin şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, qaydaları kobud şəkildə pozan bu cür sürücülərə yol-patrul xidmətinin əməkdaşları dəfələrlə xəbərdarlıq edirlər, hətta cərimələnən sürücülər də olub.

“Xəzər Xəbər”in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *