Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Foto

Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu – FOTO

Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu


Bu gün səhər saat 11:33 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində Rusiyanın ölkəmizdəki səfirliyinin əməkdaşı yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Aznews.info xəbər verir ki, avtomobilin görüntüləri Avtosfer.az-a daxil olub.

Məlumata görə, “004 T 015” dövlət nömrə nişanlı avtomobil Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məxsusdur.

Avtomobil Neftçi Qurban küçəsində dayanma-durmanın qadağan olunduğu ərazidə park edilib. Düzdür, burada başqa avtomobillər də qayda pozaraq park edilib. Lakin onlar, heç olmasa, nəqliyyat vasitələrini səkiyə paralel saxlayaraq yolu kəsməyiblər. Səfirliyə məxsus olan bu iri avtomobil isə səkiyə perpendikulyar şəkildə saxlanılıb.

Fotolardan da göründüyü kimi, yolun əks tərəfində avtobus dayanacağı var. Səfirlik avtomobilinin bu şəkildə dayanması və dayanacaqda avtobusun olması nəticəsində yolda hərəkət məhdudlaşıb.

Avtosfer.az-ın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, fotoda gördüyünüz bu avtomobilin 21 MMX protokolu var.

Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *