Bu il 47 qadın sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bu il 47 qadın sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib

Bu il 47 qadın sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib


Biz təhlillər apararkən sükan araxasındakı xanımların da inzibati məsuliyyətə cəlb edilməsinin şahidi oluruq.

Aznews.info xəbər verir ki, bunu “Report”a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə qeydə alınan ümumi yol qəza hadisələrində 27 nəfərin yaralanması ilə nəticələnən 19 yol-nəqliyyat hadisəsi qadın sürücülər tərəfindən törədilib:

“Bundan başqa, tərtib edilən protokolları təhlil etdikdə spirtli içkinin təsiri altında 47, işıqforun qırmızı işığında 11, manevretmə və yolayrıcının keçmə qaydalarının pozulmasına görə 159, təhlükəsizlik kəmərindən istifadə etməyən 104, polisin qanuni saxlama əmrinə məhəl qoymayan 39 qadın sürücü inzibati məsuliyyətə cəlb edilib”.

V.Əsədov deyib ki, indiyədək 200 qadın sürücü onlara tərtib olunan protokolların cəriməsini ödəməyib:

“Təyin olunmayan yerlərdən piyada kimi keçən 2500-dən artıq qadına protokol tərtib olunub”.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *