Xırdalanda iki yaşlı uşaq evdə diri-diri yanıb
Martın 7-də saat 16 radələrində Xırdalan şəhərində yaşayan Tahir Məmmədovun evində yanğın baş verib.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə 10 kvm. sahədə ev əşyaları yanıb.
Mənzil sahibinin 2 yaşlı oğlu Tunar tüstüdən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.az