Süni rüşeym yaradıldı » AzNews.info -Xəbər portalı

Süni rüşeym yaradıldı

Süni rüşeym yaradıldı


Böyük Britaniyanın Kembric Universitetinin alimləri dünyada ilk dəfə süni siçan rüşeymi yaratmağa müvəffəq olublar.

Trend xəbər verir ki, əldə olunan rüşeym bu istiqamətdə aparılan təcrübələrin ilk uğurlu nəticəsidir.

Tədqiqatlarda rüşeym və cift kök hüceyrələrindən istifadə olunub. Bu hüceyrələr xüsusi texnika vasitəsilə qarışdırılaraq üçölçülü siçan embrionu çərçivəsinə yerləşdirilib və dörd gün ərzində bətndaxili şəraiti özündə əks etdirən qidalandırıcı məhlulun içində saxlanılıb. Bu müddətdə hüceyrələr əsl rüşeymə oxşar struktur formalaşdırıblar.

Mütəxəssislər bildiriblər ki, əldə olunmuş süni rüşeymlər vasitəsilə insan ömrünün ilkin mərhələsi və erkən düşüklərin səbəblərini daha yaxşı öyrənmək mümkün olacaq.

Süni rüşeym yaratmaq istiqamətində əvvəlki cəhdlər hüceyrələrin çərçivə daxilində düzgün yerləşməməsi səbəbindən uğursuz olub.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *