Bakıda qadın sürücülərə sürpriz hazırlanır: Cəza yox, hədiyyə veriləcək » AzNews.info -Xəbər portalı

Bakıda qadın sürücülərə sürpriz hazırlanır: Cəza yox, hədiyyə veriləcək

Bakıda qadın sürücülərə sürpriz hazırlanır: Cəza yox, hədiyyə veriləcək

Bakıda yol polisi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ənənəvi tədbir keçirəcək.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

O bildirib ki, martın 8-də Bakının müxtəlif küçə və prospektlərində, xüsusən də mərkəzi yollarda xanım sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılacaq. Həmin xanım sürücünün il ərzində neçə dəfə cərimə olunmasına, qəza törədib-törətməməsinə diqqət yetiriləcək.

“Təəssüflər olsun ki, xanım sürücülərin törətdiyi yol qəzaları da az deyil. Hətta son vaxtlar sərxoş halda sükan arxasına əyləşən xanım sürücülərə də rast gəlirik. Bundan əlavə, yol polisi “saxla” işarəsi verərkən yayınmağa çalışan xanım sürücülərin sayı artır. Əksəriyyəti qəsdən avtomobili saxlamır ki, həyat yoldaşım qoymur. Saxlayandan sonra deyirlər ki, eşitməmişəm. Amma bunlar əsas deyil ki, həmin sürücülər məsuliyyətdən kənarda qalsın. Qanunun tələbini pozan hər bir sürücü cərimə olunur. Yol polisi kişi və qadın sürücülər arasında fərq qoymur. Qanun hamı üçündür”.

Vaqif Əsədov sonda onu da bildirdi ki, 8 Mart günü yol polisi xanım sürücülərə müxtəlif qiymətli hədiyyələr və gül verəcək. Tədbir Bakının mərkəzi küçə və yollarında olacaq.

Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *