Sürücünün yol polisi ilə mübahisə nəticəsində ölməsi ilə bağlı araşdırma başlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Sürücünün yol polisi ilə mübahisə nəticəsində ölməsi ilə bağlı araşdırma başlandı – VİDEO

Sürücünün yol polisi ilə mübahisə nəticəsində ölməsi ilə bağlı araşdırma başlandı


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi martın 4-də paytaxtın Ziya Bünyadov prospektində yol polisi ilə mübahisəsi nəticəsində sürücü Əsgər Muradovun ölməsilə bağlı yayılmış video barədə araşdırmalara başlayıb.

Aznews.info xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

V.Əsədov deyib ki, təmsil etdiyi qurum artıq həmin hadisə ilə bağlı ciddi araşdırmalar aparır. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, martın 4 -də paytaxtın Ziya Bünyadov prospektində 1961-ci il təvəllüdlü, Rusiya vətəndaşı Əsgər Muradovun idarə etdiyi “Nissan” markalı avtomobili yol polisi əməkdaşı saxlayıb.

Qohumlarının açıqlamasına görə, YPX əməkdaşının sürücü ilə kobud davranışı onun ölümünə səbəb olub. İddiaya görə, Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinə məxsus “267” seriyalı avtomobildə olan yol polisi sürücünü “avtoşluq”da ittiham edib və aralarında mübahisə yaranıb. Nəticədə Ə.Muradov hadisə yerində ölüb.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *