Naxçıvan Müəllimlər İnstitutu işçi axtarır
Naxçıvan Müəllimlər İnstitutu ali məktəbin kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.
Report xəbər verir ki, müsabiqə üçün sənədlərin qəbulu aprelin 3-dək davam edəcək.
İnstitutun Pedaqogika və psixologiya kafedrasında pedaqogika üzrə elmlər doktoru, professor (0,5 ştat), Pedaqogika və psixologiya kafedrası – pedaqogika üzrə fəlsəfə doktoru, dosent (1 ştat), Pedaqogika və psixologiya kafedrası – baş müəllim (1 ştat), Dillər və ədəbiyyat kafedrası – filologiya üzrə elmlər doktoru, professor (0,5 ştat), Dillər və ədəbiyyat kafedrası – baş müəllim (2 ştat), Ali riyaziyyat və informatika kafedrası – pedaqogika üzrə fəlsəfə doktoru, dosent (0,5 ştat), Ümumi fənlər kafedrasında baş müəllim (0,5 ştat) yerləri boşdur.
Mənbə:> Report