20 ziyalı professor üçün müraciət etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

20 ziyalı professor üçün müraciət etdi – MƏTN

20 ziyalı professor üçün müraciət etdi


104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən Milli Məclisə namizədliyini irəli sürən Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynlinin seçki kampaniyası çərçivəsində sözügedən ərazidən olan 20 ziyalı seçicilərə müraciət ünvanlayıb.

Axar.az müraciətin mətnini təqdim edir:

“Hörmətli seçicilər!

Noyabrın 1-də ölkəmizdə çox mühüm bir tədbir - Milli Məclisə seçkilər keçiriləcək və hər birimiz bu seçkilərdə fəal iştirak etməliyik. Yaşadığımız regionda və dünyada baş verən, sürətlə dəyişən və həssas hadisələr bizi daha diqqətli olmağa, verəcəyimiz səsin məsuliyyətini dərk etməyə, öz rəyimizlə dövlətimizə dəstək olmağa çağırır.

Çox yaxşı haldır ki, ölkəmizin qarşısında duran problemlərin həllinə elmi yanaşma göstərilir və buna görədir ki, dünyada baş verən siyasi, iqtisadi, maliyyə böhranlarına baxmayaraq, Azərbaycan inkişaf yolunu davam etdirməkdədir. Dövlətimizin bu cür inkişafında ziyalılar bölgəsi olan Gədəbəy rayonunun da özünəməxsus töhfəsi var. Müxtəlif peşə sahələrində ölkəmizdə və dünyada tanınan, etiraf olunan mütəxəssislər, alimlər, filosoflar yetişdirən Tovuz və Gədəbəy rayonunun seçiciləri Milli Məclisə seçkilərdə də ən layiqli namizədə istinad etməlidirlər.

Biz qəbul etməliyik ki, ölkəmizə müasir dünyanın inkişafını şərtləndirən elm və təhsilin inkişafına nail olmaq üçün Milli Məclisdə qanun layihələri hazırlaya bilən, səsi taleyüklü məsələlərin həllində ucadan gələn, milli maraqları daim müdafiə edən, sınaqdan çıxmış millət vəkilləri lazımdır. Bu tələblər birbaşa seçəcəyiniz deputatın şəxsi və işgüzar keyfiyyətləri ilə səciyyələnir, onun parlament fəaliyyətinin effektivliyini və əqli məhsuldalığını təyin edir. Seçəcəyiniz millət vəkilinin başlıca keyfiyyətini işgüzarlıq, professionallıq, erudusiya, səriştəlilik, məlumatlılıq, məsuliyyətlilik, natiqlik qabiliyyəti, ünsiyyət bacarığı, təşəbbüskarlıq müəyyənləşdirir.

Hesab edirik ki, Gədəbəyin yetişdirdiyi, bütün şüurlu həyatını elmə, təhsilə həsr edən, ölkəmizdə ilk özəl ali təhsil müəssisələrindən biri olan Bakı Avrasiya Universitetinin yaradıcısı və rektoru, fəlsəfə elmləri doktoru, professor, nüfuzlu ziyalı Nazim Hüseynli məhz belə şəxslərdən biridir. Ümid edirik ki, sizlər hörmətli Nazim Hüseynliyə səs verməklə ən doğru qərarı vermiş olacaqsınız.

1. İzzət Rüstəmov, fəlsəfə elmləri doktoru, professor
2. Valeh İsmayılov, kimya elmləri doktoru
3. Musa Bayramov, kimya elmləri doktoru
4. Nazim Cəfərli, hüquq elmləri doktoru, professor
5. Aşıq Sərdar, əməkdar mədəniyyət işçisi
6. Qara Məşədiyev, filologiya elmləri doktoru, professor
7. Ənvər Məşədiyev, əməkdar jurnalist
8. Kamil Abdullayev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
9. Şəfayət Əliyev, Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi
10. Siyavuş Qasımov, İnnovasiyalara və İnkişafa Dəstək Mərkəzinin direktoru
11. Nəsir Əhmədli, filologiya elmləri doktoru, professor
12. Akif Əhmədgil, şair, tərcüməçi
13. Mütəllim Rəhimov, filologiya elmləri namizədi
15 Adil Tapdıqov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru
14. Rəfayıl Əhmədov, fəlsəfə elmləri doktoru
15. Əbülhəsən Abbasov, fəlsəfə elmləri doktoru, professor
16. Məhəddin Abbasov, kimya elmləri doktoru, professor
17. Nizami Vəliyev, cərrah
18. Fazil Alıyev, həkim
19. İlham Əhmədov, pedoqoji elmlər üzrə fəlsəfə dokrotu
20. Talıb Süleymanov, fəlsəfə elmləri doktoru”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *