Bakının mərkəzində 400 minlik maşın qəza törətdi
Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Xətai rayonu, Sabit Orucov küçəsində "Bentley" markalı avtomobil ilə "KİA" markalı 99 OC 616 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə 51 və 26 yaşlı iki kişi ilə 26 və 23 yaşlı iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "Bentley" markalı avtomobillərin yenisinin qiymətləri 400-450 min manatdan başlayır.
Mənbə:> Virtualaz.org