Mahaçqalada azyaşlı qızın ölümündən sonra “kütləvi it ovu” başladı
Doqquz yaşlı qızın itlər tərəfindən parçalanaraq öldürülməsinə dair məlumatlardan sonra Mahaçqalada heyvanların nəzarətsiz güllələnməsinə başlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, fevralın 23-də, REN TV kanalı məlumat yayıb.
Sosial şəbəkələrdə itlərin öldürülməsinə çağırış edən qruplar yaradılıb.
Yerli heyvan müdafiəçiləri artıq baş verənlərlə bağlı öz etirazlarını bildiriblər. Onlar belə zorakılığın yolverilməz olduğunu və gələcəkdə şəhərin ekosisteminə ciddi təsir göstərə biləcəyini vurğulayıblar.
Mənbə:> Oxu.Az