Azərbaycanda jurnalist həbs olundu – FOTO
İsmayıllıda daha bir reket-jurnalist həbs olunub.
AzNews.info Virtual Azərbaycana istinadən xəbər verir ki, bu haqda həmin jurnalistin - Elçin İsmayıllının vəkili İslam İsmayılov məlumat verib.
Məlumata görə, onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələbetmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq materiallarına görə, jurnalist İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin bir əməkdaşı haqqında neqativ məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.
Mənbə:> Virtualaz.org