Mədət Quliyev “reket jurnalist”lərin həbsinə münasibət bildirib
“Son 10 ildə bəzi jurnalistlər qeyri-qanuni fəaliyyətlə məşğul olublar”.
Aznews.info APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.
M.Quliyev bildirib ki, onlar müəyyən vəzifəli şəxslər, onların övladları ilə bağlı qeyri-qanuni çəkilişlər aparıb, pul tələb ediblər.
“Bununla bağlı cinayət işi başlanıb. DTX tərəfindən bu işə hüquqi qiymət veriləcək”, - deyə M.Quliyev qeyd edib.
Mənbə:> APA