Mədət Quliyev velosiped sürdü
Milli Təhlükəsizlik Nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev bu gün Bakıda keçirilən veloyürüşdə iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə Feysbuk hesabında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov yazıb.
Qeyd edək ki, general-leytenant Mədət Quliyev Prezident İlham Əliyevin oktyabrın 20-da imzaladığı sərəncamla Milli Təhlükəsizlik Nazirinin birinci müavini təyin olunub.
Mənbə:> Axar.az