Yeni milli təhlükəsizlik naziri Vilayət Eyvazov olacaq
Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı sərəncamla Eldar Mahmudov nazir vəzifəsindən azad edilib.
Bu prosesin müzakirəsi ilə yanaşı ”yeni nazir kim olacaq”, sualı da dövriyyədədir.
Bu barədə nia.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbənin sözlərinə görə, Azərbayсan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-leytenant Vilayət Eyvazov milli təhlükəsizlik naziri olacaq.Həftə içində qərar rəsmən elan ediləcək.
Mənbə:> Nia.az