İşıqforlarda sürücülərə satılan güllərlə bağlı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İşıqforlarda sürücülərə satılan güllərlə bağlı – XƏBƏR

İşıqforlarda sürücülərə satılan güllərlə bağlı


Bakıda küçə və yollarda əllərində gül satanlara, yəqin ki, çoxları rast gəlir. Xüsusən də, işıqforlarda və avtomobillərin aşağı sürətlə hərəkət etdiyi küçə və yollarda onları tez-tez görmək olar. Mağazalardan fərqli olaraq, gülü daha ucuz qiymətə satan bu şəxslərin hamısı olmasa da, aralarında fırıldaqçılar da varmış.

Aznews.info xəbər verir ki, avtosfer.az-a daxil olan məlumata görə, həmin fırıldaqçılar gülləri haradansa alıb-satmırlar. Onlar həmin gülləri qəbiristanlıqlardan oğurlayıb, ucuz qiymətə satırlar. Bu işdə onlara qəbiristanlıq nəzarətçilərinin də yardım etdiyi ehtimal olunur.

Oğurluq güllər digərlərinə nisbətən solğun olur və yarpaqları qaralır. Məhz bu səbəbdən də fırıldaqçılar həmin gülləri, əsasən, günün qaranlıq vaxtında satışa çıxarırlar. Bununla da, ucuz qiymətə satılan gülləri alan sürücülər onların köhnə olduğunu görmürlər. Bütün bu deyilənlər bir müddət əvvəl polisə də məlum olub. Bakı polisi bu istiqamətdə araşdırmalara başlayıb.

Odur ki, 14 fevral “Sevgililər günü”ndə gül alarkən diqqətli olun.

Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *