“Formula-1” qurtardı, güllər yığışdırıldı
Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları paytaxtın mərkəzində evlərin eyvanlarında quraşdırılmış gülləri yığışdırıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə bloger Mehman Hüseynov öz “Facebook” səhifəsində yazıb.
Qeyd olunur ki, gül dibçəkləri “Tarqovı” adlanan küçədə Formula-1 Avropa Qran Prisindən öncə quraşdırılmışdı.
“Lakin turistlər şəhəri tərk edən kimi, məmurlar Bakı sakinlərindən gülləri geri almaq qərarına gəlib”, - bloger yazır.
Mənbə:> Oxu.Az


