Azərbaycanlı qızla evlənən ərəb şeyxi Bakıya gəlir
Bu il Azərbaycanda keçiriləcək “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının xarici ölkələr üzrə səfirlərindən daha biri bəlli olub.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Şeyx Səid Əl Məktum 4-cü İslam Həmrəyliyi Oyunlarının fəxri səfiri seçilib.
Bu barədə şeyxin azərbaycanlı xanımı, tanınmış bədii gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı öz “Facebook” hesabında yazıb.
O qeyd edib ki, şeyx bu proqrama töhfə verəcəyi üçün xoşbəxtdir və sözügedən tədbirin gənclərin gələcək fəaliyyətində vacib mərhələ olacağına inanır.
Mənbə:> Qafqazinfo.az