Bakıda İslam Həmrəyliyi Oyunlarının iclası keçirilir
Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başlayıb.
Oxu.Az xəbər verir ki, iclasda IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru, Gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər.
İki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə ediləcək. Koordinasiya Komissiyasının 2-ci günü idmançıların iştirakı, idman yarışları, marketinq, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimləri ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, Koordinasiya Komissiyasının 3-cü iclası bu il mayın 12-də keçirilib.
Mənbə:> Oxu.az