Əli Abbasov əmr imzaladı
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi haqqında əmr imzalayıb.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
Əmrdə deyilib:
2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsinə dair mənim rəhbərliyimlə aşağıdakı tərkibdə qərargah yaradılsın:
Nazirin birinci müavini, qərargah rəhbərinin müavini - İ.Məmmədov
Qərargah üzvləri:
İİŞ-in müdiri - M. İsmayılov
TŞ-nin müdiri - Ə. Təmirov
İCŞ-in müdiri - İ. Əliyev
MİŞ-in müdiri - M. Məmmədova
MŞ-nin müdiri - T.Səfərova
BƏŞ-in müdiri - A.Bayramov
“Aztelekom” MMC-nin baş direktoru vəzifəsini icra edən - M. Məmmədov
BTRİB-in baş direktoru - B. Hüseynov
“Teleradio” İB-nin baş direktoru - Ə. Şərifov
“Azərpoçt” MMC-nin baş direktoru - Q.Bəybalayev
“Azərkosmos” ASC-nin sədri - R.Nəbiyev
“AzInTelecom” MMC-nin direktoru vəzifəsini icra edən - C. Cəfərov
DRİ-nin rəisi - Ə. Məmmədov
MHM-in direktoru - N. Mərdanov
Elektron Təhlükəsizlik Mərkəzinin direktoru - F. Fərmanov
“HMİ” MMC-nin direktoru vəzifəsini icra edən - T Hüseynov
“Azercell Telekom” MMC-nin prezidenti vəzifəsini icra edən - V. Mürsəliyev
“Bakcell” MMC-nin baş icraçı direktoru - R. Şirer
“Azerfon” MMC-nin baş icraçı direktoru - K.Maknili
“Delta Telecom LTD” MMM-in baş direktoru - R.Vəliyev
“Ultel” MMC-nin baş direktoru - Ə.Əsgərov
2. IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi üçün texniki təkliflərin hazırlanması, aidiyyəti üzrə müzakirə edilməsinin təşkili, qərargaha operativ məlumatların və təkliflərin verilməsi, telekommunikasiya sahəsində olan digər icraçılarla əlaqənin yaradılması məqsədi ilə aşağıdakı tərkibdə əlaqələndirici işçi qrupu yaradılsın:
İİŞ TS-nin müdiri - N.Cəfərov
RTDK-nın mühəndisi - S.Ağayev
İİŞ-in aparıcı məsləhətçisi - A.Məmmədov
DRİ-nin mühəndisi - Ş.Qasımzadə
3. Qərargaha tapşırılsın:
3.1 oyunlar keçiriləcək obyektlərin və digər əlaqəli məkanların zəruri telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin olunması üçün Təşkilat Komitəsinin tələbatına uyğun tədbirlər görülsün;
3.2 oyunların keçirilməsinin təşkili üçün tələb olunan radiotezliklərin ayrılmasına dair tədbirlər görülsün;
3.3 işlərin gedişatı barədə operativ və mütəmadi məlumatlar hazırlansın və mənə məruzə edilsin;
3. 3exniki təkliflərin hazırlanması və məsləhətləşmələrin aparılması məqsədilə zərurət yarandığı təqdirdə, birlik və müəssisələrdən mütəxəssislər və əlavə ekspertlər cəlb edilsin.
4. Əmrin icrasına nəzarət İİŞ-in müdiri M.İsmayılova və SİŞ-in müdiri İ.Tağıyevə tapşırılsın.
Mənbə:> Oxu.Az