İslamiadanın ulduz və idmançı səfirlərinin adları açıqlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin

İslamiadanın ulduz və idmançı səfirlərinin adları açıqlanıb

İslamiadanın ulduz və idmançı səfirlərinin adları açıqlanıb


Mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlanıb.

Aznews.info-un Apasport.az-a istinadla məlumatına görə, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) mayın 12-22-də baş tutacaq yarışın təbliğatında rol oynayacaq məşhurları bir araya gətirib.

Belə ki, ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi–2011”in qalibi Mirələm Mirələmov yer alıb.

“Bakı 2017” İslam Həmrəyliyi Oyunlarında yerli idmançı səfirlər siyahısına Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov, Elmar Qasımov (hər ikisi cüdo), İlahə Qasımova, Rafael Ağayev (hər ikisi karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev, Fəridə Əzizova (hər ikisi taekvondo), Kamran Şahsuvarlı (boks), Ruslan Abışov (futbol), Leyla Cavadova, Aynur Rzayeva (hər ikisi boks) və Nazim Babayev (atlet) daxil ediliblər.

“Grassroots” proqramı çərçivəsində bu gün baş tutan təqdimatdan sonra idmançı və ulduz səfirlər IV İslam Həmrəyliyi Oyunlarının mesajı olan “Birlik”, “Sülh” ,”Hörmət” və “Mükəmməllik” ideyalarını ictimaiyyətə geniş şəkildə ötürüb, öz üzərilərinə düşən işin öhdəsindən bacarıqla gəlmək üçün əllərindən gələni edəcəklərini qeyd ediblər.

“Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri karateçi İlahə Qasımova səfir seçilməkdən böyük məmnun olduğunu deyib:

“Bakı 2015 Avropa Oyunlarında ölkəmizə medal qazandıran ilk idmançı olduqda, məni təbrik edən ölkə başçısı cənab İlham Əliyevə söz verdim ki, İslam Həmrəyliyi Oyunlarında da əlimdən gələni edib, qızıl medal qazanacağam. Artıq mənim məsuliyyətim daha da artır. Çünki mən həm səfir, həm də idmançı olaraq xalqımıza yalnız sevinc bəxş etməliyəm”.

“Grassroots” proqramı çərçivəsində proqrama yerli atletlər ilə yanaşı, beynəlxalq atletlər də qoşulub. Bu günə olan beynəlxalq atletlərin təsdiqlənmiş sayı 16 idmançıdan ibarətdi.

Tədbirdə “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının digər ölkələrdən olan səfirləri haqda videoçarx nümayiş olunub. Dubay Kral ailəsinin nümayəndəsi, atıcılıq idmanı üzrə Dünya və Asiya çempionu və 4-cü İslam Həmrəyliyi Oyunlarının səfirləri sırasına qatılan Şeyx Səid bin Məktum bin Rəşid əl Məktumun videomüraciəti də qonaqlara təqdim olunub. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq hər bir idmançının həyatında bu proqram çox mühüm rol oynayacaq:

“Məhz “Grassroots” proqramının önəmi onun idman dəyərlərini ictimaiyyətə çatdırması ilə bərabər, eyni zamanda hər kəsi sülh, həmrəylik, hörmət və kamillik ətrafında daha sıx birləşməyə çağırmasıdı”.

Tədbirdə Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov da İslam Həmrəyliyi Oyunları və Azərbaycanda ilk dəfə tətbiq olunacaq.

“Grassroots” proqramı haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, bu gündən etibarən ulduz və idmançı səfir qismində qatılacaq məşhurlarımız yeniyetmə və gənclər arasında idmanın daha da kütləviləşməsində, ictimaiyyətin İslamiadaya daha böyük maraq göstərməsində önəmli rol oynayacaqlar:

“Qələbə və uğur sevincini birgə yaşayıb, paylaşmaq ən gözəl hisslərdən biridi. Əminik ki, idmançı və ulduz səfirlərimizlə bərabər xalqımız oyunlarda iştirak edəcək idmançılarımızın qələbə sevincini birgə yaşayacaq”.

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *