Kobra ilə ölümcül selfi – FOTO
Hindistanın Mumbay şəhərində Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzinin işçisi Somnat Mxatre kobra ilə selfi çəkdirmək istəyərkən ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daily Mirror nəşri yazır.
Qeyd olunur ki, 18 yaşlı könüllü ilanlara qulluq edirdi və bundan əvvəl 100-dən çox sürünəni xilas etmişdir. O, meşədə tapdığı kobranı Mərkəzə gətirməli idi. Yolda ilanla selfi çəkdirmək istəyən gənc, onu sığallayaraq öpmək istəyib, lakin kobra onu boynundan sancıb.
Mxatreni dərhal xəstəxanaya çatdırıblar. Həkimlər beş gün ərzində onun həyatını xilas etməyə çalışsalar da, Mxatre ilanın zəhərindən dünyasını dəyişib.
Mənbə:> Oxu.Az