Azərbaycanda qeyri-adi yer » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Azərbaycanda qeyri-adi yer – VİDEO

Azərbaycanda qeyri-adi yer


Goranboydakı su quyusu görənləri təəccübləndirir. Sakinlər bu suyun müalicəvi olduğunu da iddia edirlər. Yerdən qalxan buğ, alov, hətta bir neçə kilometrdən diqqət çəkir. Yaxınlaşdıqda isə yanan şeyin yerin altından çıxan su olduğu məlum olur.

Oxu.Az Xəzər Tv-yə istinadən bildirir ki, görüntülər Goranboyun Qızılhacılı qəsəbəsindəndir.

Su quyusu ötən əsrin 40-cı illərində əslində neft məqsədi ilə qazılıb. Qəsəbə sakinləri 3 min metrdən artıq dərinliyə malik olan quyudan çıxan mayenin qaz, kükürdlə qarışıq olduğu üçün yandığını deyirlər. Sakinlər qaynar halda çıxan duzlu suyun müalicəvi əhəmiyyətə malik olduğunu bildirirlər.

Yerin altından çıxan maye duzlu olduğundan təsərrüfatda istifadə edilməsə də, kəndlilər sudan ayrılan qazdan istixananın qızdırılmasında və tikinti materialını hazırlamaq üçün yararlanırlar.

Yerli sakinlər müalicəvi suyun çıxdığı ərazinin ətrafının abadlaşdırlmasını, turizm məqsədi ilə istifadə edilməsini vacib hesab edirlər. Goranboyun Bolsulu, Qazanbulaq, Ballıqaya kəndlərində də belə müalicəvi sular çıxır.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *