Hindistanda qadının başından diri tarakan çıxardılar » AzNews.info -Xəbər portalı

Hindistanda qadının başından diri tarakan çıxardılar – VİDEO

Hindistanda qadının başından diri tarakan çıxardılar

Hindistanın cənubunda Çennai şəhərində əməliyyat yolu ilə qadının başından diri tarakan çıxarıblar.

Oxu.Az xəbər verir ki, bu barədə cümə günü India.com portalı məlumat yayıb.

42 yaşlı qadın burnunda qaşınmadan oyanıb. Bir müddət sonra çətin nəfəs almağa başlayıb və yardım üçün yerli xəstəxanaya müraciət edib. Həkimlər səbəbi dördüncü dəfə müayinədən sonra müəyyən edə biliblər. Mütəxəssislər qadının başında həşəratın olduğunu anlayıblar.

Həkimlər bildiriblər ki, qadının burnundan girən tarakan beyinə kritik yaxın məsafədə, burun çəpərinin yanında yerləşib.

Əməliyyat 45 dəqiqə çəkib.

“Bu, mənim 30 illik təcrübəmdə ilk hadisə idi”, - əməliyyatı aparan həkim deyib. O bildirib ki, burun nahiyəsindən muncuq, düymə, tabaşir və hətta bir dəfə zəli də çıxarmalı olublar.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *