Ən çox xəyanət edən millətlər
Ən çox xəyanət edən xalqların reytinqi dərc edilib. Siyahıda birinci yeri Tailand sakinləri tutub, daha sonra danimarkalılar və italyanlar gəlir.
Oxu.Az xəbər verir ki, bu barədə The Ritches portalı bildirib.
“Durex” şirkətinin apardığı “Sexual Wellbeing Global Survey” tədqiqatı yalnız xəyanət məsələlərinə aid olmayıb, həm də ümumilikdə seksual sağlamlığı əhatə edib. Reytinqə müvafiq olaraq 56 faiz Tailand sakinləri öz tərəf müqabilinə xəyanət edirlər. Qeyd edilir ki, ölkədə bir çox evli cütlüklər nikahdan kənar cinsi əlaqələrə meyillidirlər.
Şirkət tərəfindən aparılan tədqiqatda 26 ölkədən 26 min insan iştirak edib. Sorğuda hər ölkədən min adam iştirak edib.
Tədqiqata əsasən Fransa və Almaniyada xəyanət qəbul edilir və ona münasibətlərin pozulması və qırılması üçün səbəb kimi baxmırlar.
Sakinlərinin öz tərəf müqabillərinə daha çox xəyanət etdiyi 10 ölkənin siyahısı:
1. Tailand (56 faiz)
2. Danimarka (56 faiz)
3. İtaliya (45 faiz)
4. Almaniya (45 faiz)
5. Fransa (43 faiz)
6. Norveç (41 faiz)
7. Belçika (40 faiz)
8. İspaniya (39 faiz)
9. Böyük Britaniya (36 faiz)
10. Finlandiya (36 faiz)
Sorğunun anonim xarakter daşıdığı da qeyd edilib.
Mənbə:> Oxu.Az