Azərbaycanın tam rəqəmsallaşmasına 1 faiz qaldı
Azərbaycanın yaşayış məntəqələrinin 99 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub.
AzNews.info xəbər verir ki, bunu Trend-ə "Teleradio" İstehsalat Birliyindən (İB) deyiblər.
2014-cü ilin yekunları üzrə İB rəqəmsal TV siqnalının 26 ötürücü aparatını istismara verib.
İB-dən deyiblər ki, Azərbaycan rəqəmsal televiziya yayım standartına keçməyə tam hazırdır. Azərbaycanda rəqəmsal televiziya standartına tam keçid 2015-ci ilin ikinci yarısında gözlənilir.
Hazırda ölkə əhalisi açıq paketdə 12 telekanaldan istifadə edir.
Mənbə:> Trend