Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırıldı
Dünəndən etibarən Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb.
Lent.az xəbər verir ki, Bakı və rayonlarda mobil operatorların rəsmi dilerləri, eləcə də digər ticarət obyektlərində nömrə satışı həyata keçirilmir.
“Azercell”, “Bakcell” və “Nar” mağazalarından bildirilib ki, nömrə satışının nə vaxt bərpa ediləcəyi barədə məlumat veriləcək.
Nazirlər Kabinetinin qaydalara dəyişiklik etməsi səbəbindən sistemdə bəzi işlər görülür və yaxın vaxtlarda satışın bərpa ediləcəyi gözlənilir.
Mənbə:> Lent.az