Azərbaycan əsilli müğənni Tramp haqda: Məni evimdən qovur
“Mən özümə başqa sığınacaq axtarmalı olacağam”.
Oxu.Az İstiPress-ə istinadla xəbər verir ki, bu sözləri əslən azərbaycanlı məşhur müğənni Ququş Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın 7 müsəlman ölkəsinə qoyduğu qadağaya münasibət bildirərkən deyib.
Amerikada yaşayan ifaçı “Euronews” telekanalının aparıcısının suallarını cavablandırıb.
Teleaparıcı Ququşa belə sual verib: “Sizin qrin kartınız var, Los Ancelesdə yaşayırsınız. Sabah ABŞ-a qayıdacaqsınız. Narahat olmurusunuz ki, ABŞ-a gələndə sizi tuta bilərlər?”.
Müğənni bu cür hissləri 37 il əvvəl də hiss etdiyini deyib:
“1987-ci ildə Londondan Tehrana qayıdanda problemlərlə üzləşdim. İslam rejimi hakimiyyətə gələndən sonra 21 il səhnəyə çıxa bilmədim. İndi isə ABŞ-a gələ bilmərəm. Çünki mən müsəlmanam. Bu, məni narahat edir. Fərman imzalandığı gündən mən ikinci evimdən qovulduğumu düşündüm”.
Mənbə:> Oxu.Az