Ziya Məmmədov: “Mənim prezidentim İlham Əliyevdir, Tramp deyil”
Oğlu Anar Məmmədovun ABŞ prezidenti Donald Trampın inauqurasiya mərasiminə dəvət edilməsi barədə yayılmış xəbəri “Yeni Müsavat” qəzetinə şərh edərkən nəqliyyat naziri Ziya Məmmədov deyib: “Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir”.
“Amerika-Azərbaycan” Alyansının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunub”. Bu xəbəri "Qafqazinfo" yayıb. Məlumata görə, iş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq.
Ziya Məmmədov qəzetin sualına cavabına bunları da əlavə edib: “Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin”.
Mənbə:> Virtualaz.org