Hafiz Hacıyev: "Trampın arvadı ilə şəklim var"
İllər əvvəl ABŞ rəsmiləri ilə çəkilmiş bir sıra fotoları bu günlərdə mətbuatda yayılan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra Hilari Klintonla olan fotolarını da təqdim edəcəyini bildirmişdi.
Bu gün yenidən Moderator.az-a açıqlama verən partiya sədri söz verdiyi fotoları yaymaq fikirindən daşındığını bildirib:
“Düzdür, belə bir açıqlama vermişdim. Amma son gördüklərimdən sonra həmin fikirimdən daşındım. Mənim nəinki H.Klintonla, hətta Trampın özü və arvadı ilə də fotolarım var. Bir az öncə sosial şəbəkələrdə mənim Trampla birgə fotolarımı da yayıblar. Mən siyasətçiyəm, siyasətçilərlə əlaqəm və fotolarım olması təbii haldır".
H.Hacıyev daha sonra bunları əlavə edib:
"Ziya Məmmədovun oğlu kimi Trampla şəklimi paylaşıb özümü reklam da etmək fikrindən uzağam. Məmmədovlar Trampın qalib gəlməsinə elə sevinirlər elə bil ABŞ prezidenti Tram yox, Məmmədov seçilib. Donald Tramp biznesmen olanda biznesi olan bir çox insanlarla görüşüb. Z.Məmmədov məmur olsa da oğlu vasitəsi ilə qanunsuz biznes fəaliyyəti qurub. Özü də bildirib ki, Trampın seçki kampaniyasına 100 milyon dollar xərcləyib. 1700 manat maaşla bu pulun necə yığıb? Gəlsin onun hesabatını versin.
Trampa gəldikdə isə, o, artıq prezidentdir. Tramp bizneslə məşğul ola bilməz. Buna görə də o, Məmmədovları bundan sora heç yadına da salmayacaq. Məmədovlar və qudası Heydər Əsədov korrupsiya bataqlığında boğulurlar. Bu şəxslər qardaşım İlham Əliyevə qarşı yaradılmış koalisiyanın başında durublar. Ona görə də onlar dərhal vəzifələrindən azad edilməli və həbs olunmalıdılar.”
Mənbə:> Moderator.az