Ödənilməyən cərimələr maaşdan tutulacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ödənilməyən cərimələr maaşdan tutulacaq

Ödənilməyən cərimələr maaşdan tutulacaq

Ödənilməyən piyada cərimələri işləyənlərin maaşlarından, tələbələrin isə təqaüdündən tutulacaq. Bununla da yol hərəkəti qaydalarını pozduğu halda cəriməni ödəməkdən yayınan piyadalara qarşı tədbirlər sərtləşdiriləcək.

Xəzər TV xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, yol hərəkəti qaydalarını pozan piyadaların əksəriyyəti 21-30 yaş arasında olan şəxslərdir.

Onlardan cərimələri toplamaq üçün bir sıra üsullara əl atılacaq. O bildirib ki, işləyənlərin əməkhaqları ilə yanaşı, cəriməsini ödəməyən tələbələrin təqaüdlərindən çıxılması üçün universitetlərə müraciət ediləcək. Cərimələrin bu üsullarla toplanılmasında məqsəd piyadalarda formalaşan arxayınçılıq düşüncələrini aradan qaldırmaqdır. Tərtib edilən protokollara görə cərimələri ödəməyən piyadaların statistikası vəziyyətin ürəkaçan olmamasından xəbər verir.

Baş verən qəzalar da piyadaların əksəriyyətinin təyin edilməyən yerlərdən keçdiklərini sübut edir. Yanvar ayının 27-dən indiyədək 6 nəfərin xəsarət alması və 2 nəfərin ölməsi ilə nəticələnən qəzalar baş verib. 2 nəfərin ölümü piyada vurulması ilə nəticələnən qəzada qeydə alınıb. Buna da səbəb ölən piyadaların təyin olunmayan yoldan keçməsidir.

Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *