Cəriməsini ödəməyənlərə qarşı sərt addımlar atılacaq – VİDEO
Bir sıra insanlara yol verdikləri qayda pozuntuları, inzibati xəta və hətta cinayət əməlinə görə cərimə tətbiq olunur. Ancaq çox vaxt insanlar bu cərimələri də ödəməkdən boyun qaçırırlar. Millət vəkilləri bunun qarşısını almaq üçün maraqlı təklif irəli sürüblər.
Deputat Elmira Axundova bildirib ki, bəzi məcəllələrdə bir sıra maddələrdə - oğurluq, avtomobil ələ keçirtmə, əmlakı qəsdən məhv etmə və ya zədələmə maddələrində cərimələr sərtləşdirilir. Amma cərimələr sərtləşdikcə onu ödəyən insanların sayı da azalır.
Deputatın sözlərinə görə ölkədə aliment ödəməkdən imtina etmə hallarına tez-tez rast gəlinir. belə şəxslərə qarşı ölkədən çıxma məhdudiyyəti tətbiq olunur. məhz bu qadağanı digər cərimələri ödəməyənlərə qarşı da tətəbiq etmək olar.
Deputat hesab edir ki, bu cür hallarla mübarizə aparmaq üçün Cinayət və İnzibati Xətalar Məcəlləsinə yeni maddə salınmalıdır. beləliklə cərimani ödəməyən insanlar bir sıra hüquqlardan məhrum edilməlidir.
Elmira Axundovanın sözlərinə görə, bu təcrübə qonşu ölkə Rusiyada tətbiq olunur və effekt verib.
Mənbə:> Virtualaz.org