Azərbaycana milyonlarla turist gəlib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycana milyonlarla turist gəlib – STATİSTİKA

Azərbaycana milyonlarla turist gəlib


2016-ci ildə Azərbaycana gələn turistlərin sayında artım qeydə alınıb.

Aznews.info APA-ya istinadən xəbər verir ki, 2016-cı il ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 242 min 783 nəfər olub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu, 2015-ci il ilə müqayisədə 11,7% artım olduğunu göstərir.

Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları çoxluq təşkil etmiş və müvafiq olaraq 33%, 22,5%, 13,9 % və 10,9% müəyyən edilib.

Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb.

Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

Körfəz və Yaxın Şərq ölkələri, Asiya ölkələri, Afrika ölkələri, Amerika və Avstraliya ölkələri üzrə gələnlərin sayında da artım baş verib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *