Azərbaycanlı bərbərdən qeyri-adi üsul: Alovla saç kəsir – VİDEO
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində bərbər fəaliyyəti göstərən Pünhan Bədəlov saç kəsərkən qayçı əvəzinə, şamdan istifadə edir.
Oxu.Az xezerxeber.az-a istinadən xəbər verir ki, o, bir ilə yaxındır ki, bu üsuldan istifadə etdiyini deyir.
Pünhan Bədəlovun sözlərinə görə, indiyə kimi 40-a yaxın müştərinin saçını alov vasitəsilə kəsib. Bu üsulun qayçı ilə saç kəsməkdən daha effektiv olduğunu bildirir.
Bərbər deyir ki, şamla saç kəsdiyi ilk vaxtlarda bir neçə dəfə hətta əlini də yandırıb. Amma alovun saça zərər yetirməsinə imkan verməyib.
Pünhan Bədəlov alovla daha bir yenilik etmək niyyətindədir. O, saçdakı buruqları açmaq üçün də alovdan istifadə edəcəyini bildirir.
Mənbə:> Oxu.az