Fariz Bədəlovun qətlindən 4 il keçir
Fariz Arzu oğlu Bədəlov — 8 mart 2011-ci ildə Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən həyətlərində qətlə yetirilmiş 8 yaşlı azərbaycanlı uşaq...
AzNews.info-nun məlumatına görə, Fariz Bədəlov ailənin tək övladı idi və atasız böyümüşdü, babasının yanında qalırdı. Lakin 2011-ci ilin martın 8-də öz həyətində dostları ilə oynayarkən erməni snayperinin gülləsinə tuş gəldi.
Farizin nənəsi Məlahət Bədəlova o günü belə xatırlayır: "Soyuq 8 mart günü idi, hava soyuq idi deyə, Farizi həyətə çıxmağa qoymurduq, amma oynamaq istəyirdi. Çıxan kimi də güllə ilə vurdular. Xəstəxənaya apardıq, amma kömək edə bilmədilər".
Allah rəhmət eləsin!
Mənbə:> AzNews.info