“Airbus” uçan avtomobilin necə olacağını nümayiş etdirdi – FOTO
Dünyada ən iri aviainşaat şirkəti “Airbus” uçan avtomobilini nümayiş etdirib. Onun ilkin sınaqları artıq 2017-ci ildə başlaya bilər.
Bu barədə Phys.org məlumat yayıb.
Vahana konsept-avtomobili dörd ön çəkici propeller və manevrlər üçün üç mühərriklə təchiz edilə bilər. Kabinə sərnişin təyyarəsinin kabinəsinə bənzəyəcək, qapı isə kosmik gəmilərin qapısını xatırladacaq, təkərlərin yerinə isə xizəyə oxşayan iki dayaq olacaq.
Konsept-karların bəziləri qanadla təchiz ediləcək, həmin qanadlar dayanacaqlarda qatlanacaq.
Qeyd edilir ki, uçan avtomobillərə dair arzunun gerçək olacağına dair zəmanət yoxdur. Belə ki, maneələr mövcuddur. Məsələn, ilkin olaraq nizamlayıcı orqanları uçan avtomobillərin istismarının təhlükəsiz olduğuna inandırmaq lazımdır.
Mənbə:> Phys.org