QMİ-nin şöbə müdiri vəfat edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Müqəddəs Payızov vəfat edib.
AzNews.info-nun xəbərinə görə, bu barədə QMİ-dən APA-ya verilən məlumatda bildirilir.
İdarənin Xarici Əlaqələr şöbəsinin müdiri, şərqşünas-alim, mütərcim Hacı Müqəddəs Payızov uzun sürən ağır xəstəlikdən sonra yanvarın 30-da 71 yaşında dünyasını dəyişib.
Mənbə:> APA