Bakıda “Range Rover”lə yol polisinin avtomobilini əzdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda “Range Rover”lə yol polisinin avtomobilini əzdilər

Bakıda “Range Rover”lə yol polisinin avtomobilini əzdilər

Bakı şəhəri Xəzər rayonunda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin avtomaşını qəzaya uğrayıb.

SalamNews-un əldə etdiyi məlumata görə, hadisə Mərdəkan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Belə ki, sürətlə hərəkət edən “Range Rover” markalı avtomobil yanacaq doldurmaq istəyən yol-patrul xidmətinin avtomobilinə çırpılıb.

Hadisə vaxtı xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib. Həmçinin “Range Rover” markalı avromaşının sürücüsünün orta dərəcəli sərxoş olduğu məlum olub.

Yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb və avtomaşınlar cərimə meydançasına aparılıb.

Faktı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov təsdiqləyib.

Mənbə: SalamNews
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *