Sumqayıtda 30-dan çox mənzilin sayğacı yandırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Sumqayıtda 30-dan çox mənzilin sayğacı yandırıldı – VİDEO

Sumqayıtda 30-dan çox mənzilin sayğacı yandırıldı

Sumqayıt şəhərində elektrik sayğaclarının yandırılması bina sakinlərini təşvişə salıb.

Hadisə şəhərin 1-ci mikrorayon, Nərimanov küçəsi, bina 45 a/19 da qeydə alınıb.

Sakinlərin sözlərinə görə, gecə saatlarında binada qəflətən işıqlar sönüb və yanğın baş verib.

Binada 30-dan çox sayğac yanaraq sıradan çıxıb.

Sakinlər iddia edirlər ki, sayğaclar qəsdən yandırılıb. Onların sözlərinə görə, yanğın baş verən yerdə yanmış parça qalıqları tapılıb. Gecə saatlarında törədilən hadisə bir neçə gün təkrarlanıb.

Hadisədən “Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsidə də xəbərdardılar. Yanğın baş verən binaya baxış keçirilib və mənzillərə elektrik enerjisinin verilişi bərpa edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *