Avtomobili olmayan şəxsə radar cəriməsi gəldi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Avtomobili olmayan şəxsə radar cəriməsi gəldi – VİDEO

Avtomobili olmayan şəxsə radar cəriməsi gəldi

Cəlilabad rayonunda avtomobili və ümumiyyətlə sürücülük vəsiqəsi olmayan gəncdən 10 manat radar cəriməsinin ödənilməsi tələb olunur.
Xezerxeber.az məlumat verir ki, maraqlı hadisə Təklə kənd sakini Ceyhun İbişovun başına gəlib.

Bir müddət əvvəl onun ünvanına gələn məktubda qeyd edilir ki, paytaxtın Moskva prospektində minik avtomobili ilə sürət limitinin saatda 60 km olduğu ərazidə nəqliyyat vasitəsini saatda 72 km sürətlə idarə edib.

Ceyhun İbişov isə indiyə kimi heç bir avtomobili olmadığını deyir.

Məsələ ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət ediləndə məlum olub ki, həmin avtomobil Rəsulova Səltənət adlı xanımın adınadır. Lakin avtomobilin idarə edilməsi üçün Ceyhun İbişovun adına bir illik etibarnamə verilib.

Baş Dövlət Yol Polis İdarəsi hadisəni araşdırır.

Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *