“Receb İvedik”dən azərbaycanlılara jest – VİDEO
Türkiyəli aktyor Şahan Gökbahar yeni çəkdiyi “Receb İvedik 5”də yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsini filmdən çıxarıb.
Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor İnstaqram hesabında paylaşdığı videoda bildirib.
“Bildiyiniz kimi, iki gün öncə “Receb İvedik 5”in fraqmentini yayımladıq. Filmi çox böyük maraqla qarşıladınız, 10 milyondan çox izlənmə oldu. Bizi bununla qürurlandırdınız, çox təşəkkür edirik.
Filmdə azərbaycanlı boksçu ilə olan səhnə böyük səs-küyə səbəb olub. Mən filmlərimi gülmək və güldürmək üçün çəkirəm. Hər zaman da belə etmişəm.
Azərbaycanlı qardaşlarımın narahatlığı könlümü yaralayar, bu, mənə xoş olmaz. Həmin səhnəni filmimdən sevə-sevə çıxarıram. Bu, qardaşlığımın, dostluğumun mərd şəkildə sübutu olsun. Həm də pis niyyətlə filmimin üzərinə gedən insanların oyunu pozulmuş olsun. Hamınızı çox sevirəm. Haqqınızı halal edin”.
Xatırladaq ki, Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AK partinin Adana üzrə millət vəkili Necdet Ünüvar da həmin döyüş səhnəsinə etiraz edərək onun filmdən çıxarılması üçün prodüserlə Ş.Gökbahara məktub yazacağını söyləmişdi.
Mənbə:> Qafqazinfo.az