Azərbaycanlı aktrisa türk serialından çıxarıldı – VİDEO+FOTO
Azərbaycanlı aktrisa Türkiyədə çəkildiyi serialdan kənarlaşdırılıb. ANS PRESS-in məlumatına görə, 5 ildir Türkiyədə seriallarda rol alan Nuranə Bagiyevanın serialdan çıxarılmasına səbəb sevişmə səhnəsini canlandırmaqdan imtina etməsi olub.
Aktrisanın ssenariyə əsasən, iki kişi ilə sevişməli olduğunu bildirib. Lakin imtina etməsindən sonra ssenaristlər dəyişiklik apararaq onun üçün ölüm səhnəsi yazıblar. Türkiyənin Star telekanalında yayımlanan “Göç zamanı” ("Köç zamanı") serialında Hande rolunu canlandıran Nuranə Bagiyeva ölüm səhnəsi ilə serialdan kənarlaşdırılıb.
“İki kişi ilə birlikdə sevişmə səhnəsinə çəkilməli idim. Biri atam yaşında aktyor Talat Bulut, digəri isə Şüküri Çavuşay. Bu səhnəyə çəkilmək heç ürəyimcə deyildi. Talat Bulut narahat olduğumu gördükdən sonra mənə kömək etdi və səhnəni bir qədər yüngülləşdirdi. Amma daha sonra gördüm ki, iki kişi ilə birlikdə sevişmə səhnəsi yazılıb. Mən etiraz etdim. Bundan sonra ölüm səhnəsi ilə serialdan uzaqlaşdırıldım”, - deyə aktrisa bildirib.
Aktrisa Nuranə Bagiyeva 26 iyun 1987-ci ildə Azərbaycanda doğulub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Türkiyəyə köçüb və burada Anadolu universitetindən məzun olub. Daha əvvəllər aktrisa "Lale devri", "Adını Feriha koydum", "Ezra" seriallarında rol alıb.
Mənbə:> ANSPRESS