Bu rayonda 4 min sosial mənzilin tikintisi gözlənilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bu rayonda 4 min sosial mənzilin tikintisi gözlənilir

Bu rayonda 4 min sosial mənzilin tikintisi gözlənilir

“Statistika və aparılmış tədqiqatlar göstərir ki, bu gün uyğun qiymətlərlə mənzilə ən böyük tələbat məhz Bakıda müşahidə edilir. Bununla bağlı növbəti layihənin də məhz paytaxtda gerçəkləşdirilməsi barədə qərar qəbul edilib.

Müvafiq dövlət qurumlarından olan həmkarlarımız tərəfindən təklif edilən torpaq sahələri arasında həm şəhərin inkişaf planı baxımından, həm də nəqliyyat və başqa mühəndis-kommunikasiya şəbəkələrinin çəkilməsi imkanı baxımından ən əlverişlisi Suraxanı rayonundadır. Sahəsi 20 hektar olan bu torpaq sahəsi Zığ - Hava Limanı yolu ilə Hövsan qəsəbəsi arasında yerləşir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev “Region Plus” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu ərazidə tikiləcək mənzillərin sayı 4 min olacaq:

“Hazırda bu məsələnin məsul qurumlarla razılaşdırılması qalıb. Nazirlər Kabineti tərəfindən bu torpaq sahəsinin “MİDA” MMC-nin sərəncamına verilməsi barədə qərar qəbul edildikdən sonra, biz dərhal ərazinin müfəssəl planının işlənməsinə və layihə-smeta sənədlərinin hazırlanmasına başlayacağıq.

İlkin hesablamalara görə, bu ərazidə tikiləcək mənzillərin sayı, təxminən, 4000 olacaq. Bununla belə, yekun rəqəm hazırda müzakirə edilən bir sıra detallardan asılı olacaq.

Sonrakı mərhələdə biz respublikanın başqa şəhərlərində və rayon mərkəzlərində də müvafiq layihələr gerçəkləşdirməyi planlaşdırırıq”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *