Almaniyada vətəndaşlıq almağın yolu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Almaniyada vətəndaşlıq almağın yolu

Almaniyada vətəndaşlıq almağın yolu


İndi dünyada daha çox tələb olan sahələrdən biri də miqrasiyadır. Əsasən, inkişaf etməkdə olan ölkələrin vətəndaşları inkişaf etmiş ölkələrə gedirlər.

Azərbaycandan da başqa ölkələrə üz tutanlar artır. Vətəndaşlar arasında Almaniyaya marağın çox olduğunu nəzərə alaraq Oxu.Az bu ölkəyə miqrasiya etməyin qaydalarını təqdim edir.

Ekspert Azər Allahverənov Almaniyaya qanuni miqrasiya etməyin bir neçə yolunun olduğunu bildirib:

“Bunlardan biri milli mənsubiyyət amilidir. Belə ki, alman və ya yəhudi milli mənsubiyyəti olan şəxslər asanlıqla Almaniya vətəndaşlığı ala bilərlər”.

Ekspert bildirir ki, 1990-cı illərdə də bu cür milli mənsubiyyəti olan insanlar bu qaydalardan yararlanıblar:

“Bundan başqa irqi, dini, milli, siyasi baxışları və məxsus olduqları sosial qruplara görə də, Almaniyaya köç edə bilərlər. Belə ki, sadalanan sahələrdə ayrıseçkilikləri əsas gətirərək Almaniyaya miqrasiya etmək mümkündür. Amma sevindirici haldır ki, Azərbaycan tolerant ölkə olduğundan ölkəmizdə bu cür hallara görə hər hansı miqrasiya halları baş vermir.

Azərbaycan vətəndaşları, əsasən, ya təhsil, ya da əcnəbi vətəndaşlarla ailə quranda qürbətə üz tuturlar. Xaricdə təhsil almaq istəyən tələbələr üçün əsas şərt seçdikləri universitetə qəbul olmaq üçün uyğun bal toplamaqdır. Bundan sonra tələbənin əcnəbi ölkəyə köçməsi çətin olmur.

Əcnəbi vətəndaşla ailə qurarkən isə xarici vətəndaşa bir müddət müvəqqəti yaşamaq hüququ verilir. Misal üçün Azərbaycan vətəndaşı alman vətəndaşı ilə ailə qurursa və həmin ölkəyə köçürsə, o zaman Almaniyaya gələn əcnəbi vətəndaşa 1 ildən 3 ilə kimi müvəqqəti yaşamaq hüququ verilir. Göstərilən müddət başa çatdıqdan sonra isə əcnəbi vətəndaşın bu ölkədə qalıb qalmayacağına Almaniya məhkəməsi qərar verir.

Amma məhkəmənin qərarından öncə ailənin hansı statusa malik olması araşdırılır. Həmçinin, ailənin hansı şərtlərlə yaşadığı və hətta ailənin maddi gəlirləri belə nəzərə alınır.

Bundan başqa Almaniyaya gələn əcnəbi şəxs alman dilindən imtahan verməlidir. Dili öyrənmək istəyənlər üçün isə Almaniyada əcnəbilər üçün pulsuz kurslar təşkil olunur”.

Ekspert A.Allahverənov psixoloqların cütlüklərlə söhbət etdiklərini və vətəndaşlıq almaq xatirinə qurulan ailə münasibətlərini aşkar etmək iqtidarında olduqlarını bildirir:

“Yalnız bütün bu proseslərdən sonra Almaniya vətəndaşlığı verilir”.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *