Vahid Əhmədov balaca Nuraydan danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Vahid Əhmədov balaca Nuraydan danışdı

Vahid Əhmədov balaca Nuraydan danışdı


Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ilə telefonla danışdım. Hazırda məsələni araşdırıram.

Aznews.info xəbər verir ki, bunu Report-a açıqlamasında 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov deyib.

O, Quba Rayon Məhkəməsinin sədri ilə danışacağını da bildirib.

Millət vəkilinin məsələyə münasibətinə gəlincə, o, bunları deyib:

Lap tutaq ki, məhkəmə qərar qəbul edib... İndi bilmirəm o qərar düzdü, düz deyil, məhkəmə qərarı ilə tanış deyiləm. Amma görünən odur ki, uşaq atası ilə getmək istəmir. Ən əsası isə orada qadına, uşağa qarşı zor işlədilir, bu, bizə yaraşan hərəkətlər deyil. Bu məsələni pisləyirəm, buna haqq qazandırmaq qeyri-mümkündür.

Qeyd edək ki, sosial şəbəkələrdə Quba Rayon Məhkəməsində məhkəmə icraçılarının 10 yaşlı Nuray Bayramzadənin onu böyütmüş xalasından ayıraraq atasına verilməsini özündə əks etdirən görüntülər yayılıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *