Tağı Əhmədov yeni vəzifəsindən danışdı
“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri seçilib. T.Əhmədov Publika.az-a açıqlamasında bu etimada görə YAP rəhbərliyinə təşəkkür edib: “Bu gün yeni vəzifəyə seçilmişəm və hər kəsə təşəkkür edirəm”. Xatırladaq ki, bu barədə qərar YAP-ın Yasamal Rayon Təşkilatının bu gün keçirilən X konfransında qəbul olunub.
Mənbə:> rublika.az