Səudiyyəli qadınların hüquqları barədə video rekord qırır » AzNews.info -Xəbər portalı

Səudiyyəli qadınların hüquqları barədə video rekord qırır – VİDEO

Səudiyyəli qadınların hüquqları barədə video rekord qırır


Səudiyyə Ərəbistanda qadınlara qarşı ayrı-seçkiliyə diqqəti cəlb edən musiqi videosu sosial şəbəkələrdə milyonlarla izləyici toplayıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, “Hwages” (qayğılar) adlı video Səudiyyə Ərəbistanda qadınların diyircəkli taxta sürməsini, basketbol oynamasını və rəqs etməsini göstərilir.

“8ies” media şirkəti tərəfindən hazırlanmış və Youtube-a dekabrın sonu yüklənmiş videonu üç milyondan çox insan izləyib.

Mahnının sözlərində “təki Allah bizi kişilərdən xilas etsin” ifadələri var.

Video kişilərin dominant olduğu Səudiyyə Ərəbistan cəmiyyətində bəzi qadınların məyusluğunu göstərir.

Kişilər qadınların nə ilə məşğul olmasına qərar verirlər. Misal üçün qadınlar xaricə getmək və ya ali təhsil almaq istəsələr cəmiyyətdə onlara məsuliyyət daşıyan kişilərdən icazə almalıdırlar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *