Azərbaycanda kişi və qadınların nə qədər yediyi açıqlandı
Azərbaycanda qadınların və kişilərin ötən il adambaşına nə qədər ərzaqdan istifadə etdikləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) Repot-a verilən məlumata görə, ev təsərrüfatları tədqiqatının yekunlarına əsasən məlum olub ki, ötən il qadınlar 138,4, kişilər isə 138,5 kq. çörək məhsulundan istifadə edib.
2014-cü illə müqayisədə kartof istehlakı artıb. Ötən il kişilər 72,1, qadınlar 71,8, 2014-cü ildə isə qadın və kişilər 71,3 kq. kartof istifadə edib. Qadınların balıq və və balıq məhsullarının istehlakını azalarkən (7,2 kq), kişilərdə (7,4 kq) bu göstərici artıb. 2014-cü ildə qadınlar 7,5 kq., kişilər 7,1 kq. balıq və balıq məhsulları yeyib.
Süd və süd məhsullarının istehlakında qadınlar (272,1 kq) kişiləri (271,9 kq), meyvə və giləmeyvə istifadəsində kişilər (78,7 kq), qadınları (77,9 kq) üstələyir.
Qeyd edək ki, qadınlar tərəfindən süd və süd məhsullarının istifadə göstəricisi 2014-cü illə müqayisədə ötən il azalıb. 2014-cü ildə qadınlar qeyd olunan məhsullardan 275,4 kq. istifadə ediblər.
Mənbə:> Oxu.az