Qafqazda azərbaycanlı qadınlar erməni və gürcü qadınlardan çoxdur – XƏRİTƏ
Ümumilikdə planetdə kişilərin sayı qadınların sayından çoxdur.
BMT-nin məlumatına əsasən 2015-ci ildə hər 100 qadına 101,8 kişi düşür. Kişilərin göstəriciləri 1960-cı ildən başlayaraq artır.
Oxu.Az xəbər verir ki, bu barədə statistik məlumatı “Washingtonpost” nəşri dərc edib.
“Pew Research Center”in xəritəsinə və BMT-nin məlumatına əsasən, planetdə kişilər və qadınlar qeyri-proporsional yerləşiblər. Məsələn, keçmiş Sovet İttifaqında qadınlar kişilərdən çoxdur.
Məlumata görə, Azərbaycanda qadınların sayı kişilərin sayından çoxdur və hər 100 qadına 99,1 kişi düşür.
Gürcüstanda 100 qadına 91,2 kişi, Ermənistanda isə 86,5 kişi düşür.
Mənbə:> Oxu.Az