Oğul məmur atasının dəfninə 50 striptizçi çağırdı – VİDEO
Tayvanlı siyasətçinin oğlu atasının dəfn mərasiminə 50 striptizçi dəvət edib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə The Sun nəşri yazır.
Tunq Ksianq 20 il ərzində Tayvanın cənub-qərbində yerləşən Çzyai şəhərinin administrasiyasında rəhbər vəzifələrdə işləyib. Oğlunun sözlərinə görə, “atası şənlik həvəskarı olub”.
Ailə üzvləri və qohumlar mərhumla yanvarın 3-də vidalaşıblar. Bundan sonra küçələrə 50 striptizçi ilə 200-dən çox avtomobil çıxıb.
Mənbə:> Oxu.Az